İran hərbi hava qüvvələri İraqda İŞİD silahlılarına məxsus mövqeləri bombalayıb.
Sensasiyalı xəbər Amerika hökumətindən gəlib. Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bu barədə açıqlama verib. Kirbi qeyd edib ki, ABŞ hərbi qüvvələrinin fakta dair məlumatı var. Kirbi İran hərbisini əməliyyatlar zamanı "F4 Fantom" tipli qırıcılardan istifadə etdiyini də vurğulayıb.
Rəsmi Vaşqinton bunun İranla əməkdaşlıq kimi anlaşılmasına qarşı çıxıb. Ağ Ev rəsmiləri bildiriblər ki, İŞİD-ə qarşı mübarizədə anti-İŞİD koalisiyası İranla əməkdaşlıq etmir.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.