banner
banner

Dünya

“Təyyarəyə bomba yerləşdirilib” - Terrorçunu tapana 50 milyon mükafat

“Təyyarəyə bomba yerləşdirilib” -

Rusiya Federal Xidmət Bürosu 224 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

FXB rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, A321 təyyarəsinə əldə hazırlanan bomba yerləşdirilib. Ekspertlər təyyarənin qalıqları arasından partlayıcının izlərini aşkar ediblər.

Rusiya prezidenti Vladimir Putin təyyarənin terror aktı nəticəsində qəzaya düşdüyünü təsdiqləyib: “Rusiya ilk dəfə deyil ki, heç bir səbəb olmadan terror aktları ilə üzləşir. Rusiya təyyarəsini partladan terrorçuları dünyanın istənilən nöqtəsindən tapıb cəzalandıracağıq”.

Rusiyaya məxsus A321 sərnişin təyyarəsinin terror aktı olması açıqlandıqdan sonra hökumət terrorçular haqda məlumat verən şəxslərə 50 milyon dollar mükafat vədi verib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.