“Türkiyədəki hadisə 10 “ən çirkin” hadisədən biridir”
Dünən beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Türkiyə millisi doğma meydanda Yunanıstanı qəbul edib və matç 0:0-lıq heç-heçə ilə başa çatıb.
Cia.az xəbər verir ki, oyunda ən diqqətçəkən məqam isə Parisdə noyabrın 13-də baş verən terrorda ölənlərin xatirəsinə həsr olunan 1 dəqiqəli sükut zamanı türkiyəli fanatların fit səsləndirməsi olub.
Dünyanın məşhur nəşləri bu hadisəni utancverici adlandırıblar. Amerika Birləşmiş Ştatlarının “The Daily Beast” nəşri isə İstanbulda 1 dəqiqəlik sükut elan olunan zamanı azarkeşlərin fit səsləndirməsini dünyanın 10 ən çirkin hadisələrindən biri adlandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.