banner
banner

Sağlamlıq

Arıqlaya bilməməyin səbəbləri

Arıqlaya bilməməyin səbəbləri
Dietoloqlar arıqlamağın sadəcə yediklərimiz, içdiklərimiz və gündəlik hərəkətlərimizlə əlaqəli olmadığını xüsusi vurğulayır.
Sağlam və arıq bədənə sahib olmaq günümüzdə bir çox insanın hədəfləri arasında yer alır. Ancaq bir çox insan arıqlamaq üçün pəhriz saxlayıb, idman etməsinə rəğmən arıqlaya bilmir.
Hormonlar və qandakı bəzi vitamin və mineral səviyyəsi arıqlama mərhələsində çox mühümdür. Bu səviyyələrdəki enmə və yüksəlmələr fərqində olmasanız da, arıqlamanıza mane ola bilir.
Pəhriz və idman etmənizə rəğmən, arıqlaya bilməmə, ya da çox az kalori yandırmaq hallarında mütləq mütəxəssis yanına getmək lazımdır.
Aile.lent.az arıqlamanıza əngəl ola biləcək səbəbləri təqdim edir:
Yavaş çalışan tiroid hormon arıqlamağı imkansız edir
Tiroid həyatımızı idarə edən əsas hormonların başında gəlir. Tiroid hormonunun yavaş çalışması və TSH dəyərinin yüksəlməsi ilə ortaya çıxan hipotiroid xəstəliyi arıqlamağa əngəl olan səbəblərdən biridir. İmmunitet sisteminin tiroid hormonlarına hücumu ilə ortaya çıxan oto-immun xəstəliyi də arıqlamanı çətinləşdirir, yavaşladır.
Stressli bədən arıqlaya bilmir
Bədənin stress hormonu – kortizol dəyərindən çox ifraz edilməyə başladığında həyəcan siqnalı çalan bədən pəhrizə rəğmən arıqlamanı dayandırır. Hər səhər qan səviyyəsinin ölçülməsi ilə təsbit edilən yüksək kortizol mütləq həkim tərəfindən nəzarətdə olmalıdır.
İnsulin müqaviməti ilə bədən arıqlaya bilmir
İnsulin müqaviməti, bədəndə insulin ifraz olunduğu, ancaq təsirini itirdiyi üçün maddələr mübadiləsinin yavaş işləməsinə səbəb olur. Bunun da ən təməl səbəbi hərəkətsizlikdir. Fiziki aktivliyi artırmanız məsləhətdir.
İnsulin hormonunun bədəndə ifraz edilməməyi nəticəsində ortaya çıxan ikinci dərəcəli şəkər xəstəliyində xəstələr ehtiyacı olan insulini kənardan inyeksiya yolu ilə qəbul edirlər. Burda ən çox diqqət edilməli olan cəhət qan şəkəri nizamını təmin etmək üçün insulin vurularkən xəstənin gündəlik olaraq alacağı karbohidrat hesablanmasıdır. Yaxşı hesablanmayan gündəlik karbohidrat qəbulu xəstəliyə artıq çəki olaraq geri dönür.
Prolaktin yüksəkliyi də arıqlamanızı əngəlləyir
Prolaktin hormonu fərqli səbəblərdən dolayı yüksələ bilər. Əsasən süd verən analarda ifraz olunur. Əgər pəhrizə rəğmən hələ də arıqlaya bilmirsinizsə, həkimə gedib müayinələrdən keçməlisiniz.
Dəmir azlığı da maddələr mübadiləsinin sürətinə təsir edir
Dəmirin bədəndə toplanmış halı olan ferritin səviyyəsinin enməsi də arıqlamağı çətinləşdirən təsirlərin arasında yer alır.
D vitamin çatışmazlığı kökəldir
Son araşdırmaların nəticələrinə görə, D vitamin çatışmazlığı kökəldir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.