“Qorbaçov Fond”un mətbuat katibi Vladimir Polyakov M.Qorbaçovun ölümü ilə bağlı iddia olunan məlumatı təkzib edib.
V.Polyakov bu xəbəri “növbəti alçaq axmaqlıq” adlandırıb:
"Dünən onunla görüşmüşəm, bu gün isə telefonla danışmışam. Mixail Sergeyeviçin "ölüm" ilə bağlı yalanları təkzib etmək məni usandırdı”.
Qeyd edək ki, BBC SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyada vəfat etdiyini iddia etmişdi.
85 yaşlı keçmiş prezident ürək tutmasından dünyasını dəyişdiyini, ABŞ prezidenti Barak Obama Qorbaçovun ölümünə görə mərhumun yaxınlarına başsağlığı verdiyi qeyd edilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.