"Barselona"nın futbolçusu Neymar komandasını dəyişə bilər.
Bu barədə braziliyalı futbolçunun atası deyib.
O, vergidən yayınmaqda ittiham edilən oğlunun mövcud vəziyyətdən narahat olduğunu bildirib. Neymarın atası qeyd edib ki, məsələ həllini tapmayacağı təqdirdə oğlu "Barselona"dan ayrılacaq:
"Barselona" ilə müqavilənin müddətini uzatmaq barədə danışıqlar aparırıq. Lakin bizi narahat edən problem var. Burada bizə çətindir. Braziliya, eləcə də İspaniya vergi orqanları bizə təzyiqlər edir. Onlarla danışırıq, məsələni yoluna qoymağa çalışırıq. Çünki İspaniyada 5 və ya 10 ildən sonra xoşagəlməz sözlərlə anılmaq istəmirik. Əgər vəziyyət düzəlməsə, burada qala bilməyəcəyik".
Qeyd edək ki, Neymarın "Barselona"dan ayrılacağı təqdirdə karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi bildirilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.