banner
banner

İdman

Platini və Blatterlə bağlı araşdırmalar bitdi

Platini və Blatterlə bağlı araşdırmalar bitdi

FİFA Etika Komitəsi qurum prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib.

Artıq işlə bağlı yekun hesabat FİFA Arbitraj Palatasına göndərilib.

Məlumatların məxfiliyinə və təqsirsizlik prezumpsiyası prinsipinə görə, Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə xəbər verməyəcək.

Xatırladaq ki, İsveçrə Federal Ədliyyə Bürosu sentyabrın 25-də 2011-ci ildə qanunsuz olaraq iki milyon İsveçrə frankı məbləğində vəsaiti Platininin hesabına köçürməkdə şübhəli bilinən Blatterə qarşı iş açıb. Vəsait Platinin guya 1999-2002-ci illərdəki işinə görə olub. Fransız futbol funksioneri isə ödənişin qanunauyğun şəkildə olduğunu bildirib.

Oktyabrın əvvəlində isə FİFA Etika Komitəsi Blatteri, təşkilatın baş katibi (əvvəlcədən vəzifəsindən uzaqlaşdırılmış) Jerom Valkeni və Platini futbolla bağlı istənilən fəaliyyətdən 90 günlüyünə uzaqlaşdırmışdı

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.