İngiltərə və Rusiya millilərinin sabiq baş məşqçisi Fabio Kapello "Avro-2016"da favorit gördüyü komandaların adlarını açıqlayıb.
"La Gazzetta dello Sport"a danışan italiyalı mütəxəssis Almaniya və İspaniya yığmalarının "Avro-2016"nı qazanmaq şansının daha çox olduğunu bildirib:
"Turnirin favoritləri Almaniya və İspaniya yığmalarıdır. Onların "Avro-2016"nı qazanmaq şansı daha böyükdür. İngiltərə millisinin də böyük potensialı var. Bu komanda yaxşı gənc futbolçulara malikdir. Baxaq görək, onlar yayda necə təsir bağışlayacaq. Avstriya və Polşadan sürpriz gözləmək olar. İtaliyaya gəlincə yığmamız oyundan oyuna daha yaxşı çıxış edir. Kontenin yığmadakı işi görünür".
Qeyd edək ki, Avropa çempionatı gələn ilin iyun-iyul aylarında Fransada keçiriləcək. Bu turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.