banner
banner

İdman

“Qarabağ”ın oyununda “terror səfərbərliyi”

“Qarabağ”ın oyununda “terror səfərbərliyi”

"Qarabağ"ın noyabrın 26-da İngiltərə "Tottenhem"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin 5-ci tur matçı ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunda ciddi təhlükəsizlik tədbirləri görüləcək.

Bu barədə mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. Direktorun sözlərinə görə, noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş vermiş terror aktından sonra qitənin hər yerində təhlükəsizlik məsələlərinə daha ciddi önəm verilməyə başlayıb. Bu baxımdan "Qarabağ"-"Tottenhem" qarşılaşması da istisna olmayacaq.

Ş.Quliyev artıq müvafiq strukturlarla görüşlərin də keçirildiyini və bu istiqamətdə müzakirələrin aparıldığını bildirib: "Təkcə oyun günü deyil, matçdan əvvəl də ayıq-sayıqlıq artırılıb. Noyabrın 24-dən stadionumuza giriş xüsusi buraxılışla olacaq. Oyun günü tamaşaçılar xüsusi yoxlanışdan sonra içəri buraxılacaqlar. Təhlükəsizliyi təmin etmək üçün əlavə qüvvə cəlb olunacaq".

Terror təhlükəsi ilə əlaqədar Avropada bir neçə oyunun baş tutmadığını xatırladan Şamil bəy "Tottenhem" kimi məşhur komanda ilə qarşılaşmada təşkilatçılığın ən yüksək səviyyədə olacağına inam ifadə edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.