banner
banner

İdman

ÇL: hələ çoxunun taleyi tükdən asılıdır...

ÇL: hələ çoxunun taleyi tükdən asılıdır...

Bu gün futbol üzrə Çempionlar Liqasında V turun oyunlarına start veriləcək.

İlk oyun günündə dörd qrupda səkkiz qarşılaşma oynanılacaq.

E qrupunun ilk matçında Belarusun BATE komandası evdə Almaniyanın “Bayer” klubunu qonaq edəcək. Bu qarşılaşmanın qalibi turnir cədvəlinin ikinci pilləsində qərarlaşa bilər.

Bunun üçün paralel keçirilən görüşdə “Barselona” “Roma” komandasını büdrətməyi bacarmalıdır. Heç-heçə Luis Enrikenin baş məşqçisi olduğu “Barselona”ya 1/8 finala vəsiqəni təmin edəcək.

F qrupunda üz-üzə gələcək Münxenin "Bavariya" klubu ilə Yunanıstan “Olimpiakos”una hərəyə bir xal belə kifayət edəcək. Bununla hər iki komanda 1/8 finala vəsiqəni təmin etmiş olacaq.

İngiltərə “Arsenal”ı ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasındakı qarşılaşma yalnız Avroliqaya vəsiqə baxımından önəm daşıyacaq.

G qrupunda da hələ heç bir komanda növbəti mərhələyə vəsiqəni təmin etməyib. Qrup lideri "Portu" Portuqaliyada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə heç-heçə etsə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Qrup ikincisi olan "Çelsi" İsrailin Hayfa şəhərində autsayder "Makkabi" ilə münasibətlərə aydınlıq gətirəcək.

H qrupunun lideri “Zenit” artıq növbəti mərhələyə vəsiqəni sığortalayıb. İspaniyanın “Valensiya” komandası Sankt-Peterburqda qələbə qazana bilsə, qrup ikincisi kimi mövqeyini möhkəmləndirəcək.

Bu halda Fransada "Lion"la Belçika Gent"i arasındakı oyun mübarizəni Avroliqada davam etdirmək baxımından əhəmiyyətli olacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.