"Mən buna gülərəm. Üç həftə öncə 6 gün ərzində 3 oyuna çıxdıq. Eyni ssenari yenidən təkrarlanacaq".
Bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino deyib. Komandasının sıx qrafiklə oynamasından gileylənən argentinalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı görüşdən dərhal sonra Londona qayıtmalarının futbolçulara problem yaradacağını bildirib: "Belə sıx qrafiklə oynamaq bizə çətinlik yarada bilər. Çünki Bakıya 6 saatlıq yol qət etməliyik. Daha sonra ya dərhal qayıtmalı, ya da gecəni orada qalmalıyıq. İstənilən halda hər iki qərar bizim üçün pis olacaq. Amma böyük ehtimalla, biz oyundan dərhal sonra Londona qayıdacağıq və cümə günü futbolçulara istirahət verəcəyik".
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu saat 22:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.