banner
banner

İdman

Robert Prosineçki əməliyyat olundu

Robert Prosineçki əməliyyat olundu

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki cərrah bıçağı altına uzanıb.

Xorvatiyalı mütəxəssis bu gün əməliyyat olunub.

Bakıda, “Modern” Hospitalda baş tutan uroloji əməliyyat az öncə başa çatıb.

Əməliyyatın uğurlu keçdiyi bildirilir. Lakin baş məşqçinin nə vaxt evə buraxılacağı barədə hələ məlumat verilməyib.

Prosineçkinin son durumunun nə yerdə olduğunu öyrənmək üçün hospitalla əlaqə saxladıq. Ancaq əməkdaşımıza bildirilib ki, Prosineçki onu əməliyyat edən həkimə bu barədə açıqlama verməyi qadağan edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.