banner
banner

İdman

AFFA-dan 1 milyon 200 min avro

AFFA-dan 1 milyon 200 min avro

Bu gün AFFA İcraiyyə Komitəsinin Azərbaycan millsinin baş məşqçisi vəzifəsinə rəsmən təyin etdiyi xorvatiyalı Robert Prosineçki ilə üç illik müqavilə imzalanıb.

Qol.Az-ın xəbərinə görə, bu haqda jurnalistlərə İcraiiyyə Komitəsinin üzvü İsgəndər Cavadov məlumat verib.

O qeyd edib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb. “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.

İ.Cavadov müqaviləyə əsasən, R.Prosineçkinin Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacağını da deyib: "Bu məbləğə onun özü ilə birgə gətirəcəyi üç əcnəbi məşqçinin əmək haqqı da daxildir".

O deyib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən, Azərbaycanda yaşayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.