banner
banner

İdman

"Qarabağ" "Tottenhem"lə oyuna itkilərlə çıxacaq

"Qarabağ" "Tottenhem"lə oyuna itkilərlə çıxacaq

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" İngiltərənin "Tottenhem" klubu ilə Bakıda keçirəcəyi oyuna itkilərlə çıxacaq.
Klubdan verilən məlumata görə, qarşılaşmada baş məşqçi Qurban Qurbanov 2 legioner futbolçudan əlavə Rəşad Sadıqovun da xidmətindən məhrum ola bilər
Zədəli Reynaldo və Əlhərbi Əl Jadeyuinin London təmsilçisinə qarşı meydana çıxmayacağı dəqiqdir. Milli komandanın düşərgəsində zədə alan Ağdam təmsilçisinin kapitanı isə hazırda xüsusi nəzarət altında məşq edir. Onun oyuna çıxıb-çıxmayacağı bilinmir.
İngiltərə təmsilçisinin Bakıya gələcəyi vaxt da dəqiqləşib. "Tottenhem"i gətirən təyyarə sabah saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda "Four Seasons" otelində məskunlaşacaq.

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.