banner
banner

Dünya

Putindən Ərdoğana sərt sözlər - “Radikal islamçılıq siyasəti yürüdür”

Putindən Ərdoğana sərt sözlər -

"Təyyarəmizin məhv edilməsi və pilotumuzun həlak olması kimi faciəli hadisələrdən sonra Xarici İşlər Nazirliyimiz vətəndaşlarımıza təhlükə ilə bağlı xəbərdarlıq etməkdə düz iş görür. Problem dünən qarşılaşdığımız faciədə deyil. Problem daha dərindədir. Biz müşahidə edirik - və tək biz görmürük ki, Türkiyənin indiki rəhbərliyi illərdən bəri ölkəsində radikal islamçılığı dəstəkləyən məqsədyönlü siyasət yürüdür".

Bunları Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiyanın 1-ci kanalının məlumatına görə, Putin deyib ki, İslam möhtəşəm dünya dini, Rusiyadakı ənənəvi dinlərdən biridir: “Biz də islamı dəstəkləyirik və dəstək verməyə davam edəcəyik. Lakin söhbət islamın radikal yönünün dəstəklənməsindən gedir. Bu isə ilk baxışda aşkar görünməyən çox pis şərait yaradır. Əvvəla, belədir. İkincisi də odur ki, dünən baş vermiş faciədən sonra biz başqa insidentləri istisna edə bilmərik. Belə hadisələr baş verərsə, onlara dərhal reaksiya verməliyik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.