banner
banner

Dünya

ABŞ-da bu gün "qara cümə"dir

ABŞ-da bu gün "qara cümə"dir

Amerika Birləşmiş Ştatlarında bu gün "qara cümə"dir.

"Qara cümə" Milad bayramına qədər mağazalarda endirim mövsümünün başlandığı gündür və Amerika sakinləri bu günü səbirsizliklə gözləyirlər. Çərşənbə axşamından cüməyə keçən gecə Birləşmiş Ştatlarda mağazaların önündə uzun növbələr yaranıb.

Bir çox insan sərfəli bazarlıq etmək üçün Şükranlıq günü masasını tez tərk ediblər. Malları öz qiymətindən 4-5 dəfə ucuz almağa tələsən amerikalılar gecə işləyən mağazalarda əşya qoymayıblar. İlk olaraq, elektonika malları mağazaları gecə yarısı öz qapılarını "Qara cümə" alıcılarının üzünə açıblar.

Hesablamalara görə, ABŞ-da "Qara cümə" bazarlığı edəcək alıcıların sayı bu il təxminən 135 milyon nəfər təşkil edəcək.

ABŞ-da "Qara cümə" termini ötən əsrin 60-cı illərində yaranıb. Həmin vaxt əsas küçələr Milad bayramı alış-verişi edənlərlə və onların avtomobilləri ilə dolu olduğundan, sürücülər həmin günü məhz belə adlandırmışdılar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.