banner
banner

Dünya

“Quş qripi” can aldı

“Quş qripi” can aldı

Misirdə “quş qripi” virusundan daha bir nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, Misirin əl-Minya şəhərində “quş qripi” (H5N1) virusuna yaxalanan 26 yaşlı bir nəfər dünyasını dəyişib. Bu barədə Misirin səhiyyə nazirliyindən bildirilib.

Açıqlamada, bu ölümlə Misirdə xəstəliyin ortaya çıxdığı 2006-cı il tarixindən bəri ölənlərin sayının 70-ə yüksəldiyi yazılıb.

Qeyd edək ki, "Quş qripi" bütün növ ev quşları, vəhşi quşları, o cümlədən sinantrop quşları (sərçə, sığırçın, göyərçin və s.) yoluxdurur. Xəstəliyin əsas yayılma mənbəyi əsasən xəstəliyə tutulmuş quşlardır. Quş virusu ilə yoluxmuş quşlar aerogen, ağız suyu, kal kütləsi və digər ifrazatlarla virusu xarici mühitə yayırlar. Xəstəlik hava axını, insanlar, nəqliyyat, milçək, böcək və ölü quşlar vasitəsilə yoluxur. Quşların birbaşa mövcud əlaqələri ilkin yoluxmanın ən geniş yayılan qoludur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.