banner
banner

Dünya

Ermənistanda rekord tənəzzül

Ermənistanda rekord tənəzzül

Rusiya rublunun kəskin düşməsi Ermənistanda rekord tənəzzül göstəricilərinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı isə İrəvan valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının qiyməti 8 il ərzində ən rekord səviyyəsini yaşayıb. Bu zaman 1 dollar 465-470 drama çatmışdı, lakin axşama yaxın, Mərkəzi Milli Bankın müdaxiləsi sayəsində, qiymət 450 drama endirilib.

Hələ oktyabrın sonunda 1 ABŞ dollarını 408-410 Ermənistan dramına almaq olardı.

Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan isə ölkə valyutasının məzənnəsinin düşməsini “spekulyasiya sövdələşmələrinin” nəticəsi adlandırıb.

Jurnalistlərə görüşü zamanı nazir deyib ki, Ermənistanın mövcud iqtisadi göstəriciləri məzənnənin belə kəskin tərəddüdünə səbəb ola bilməzdi. Lakin hakimiyyət dolayı yollarla cəmiyyəti aldatmaq istəsə də, İqtisadçılar Ermənistan valyutasının dollara nisbətən dəyərinin düşməsini Qərbin sanksiyaları nəticəsində Rusiya rublunun məzənnəsinin enməsi ilə əlaqələndirirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.