"Valensiya"nın baş məşqçisi Nuno Espirito Santo istefa verib.
Bu barədə o, La Liqanın 12-cü turunda "Sevilya"ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib:
"Qarşılaşmadan əvvəl və sonra klub prezidenti ilə görüşdük. Komandada vəziyyətin yaxşı olmadığı qənaətinə gəlik. Buna görə də istefa verdim. Bu klubun baş məşqçisi olmaq mənim üçün şərəf idi. Bütün çalışdığım futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, "Valensiya" La Liqanın turnir cədvəlində 13 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.