banner
banner

Dünya

ABŞ-da əlillər mərkəzində atışma: 14 ölü, 17 yaralı

ABŞ-da əlillər mərkəzində atışma:

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verib.qeydə alınıb.

Silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.

Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanmışdı, kamuflyaj geyimində idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.