“Əgər Rusiya Türkiyəyə sanksiya tətbiq etmək siyasətini dəyişməsə, bizim də Rusiyaya qarşı cavab tədbirlərimiz olacaq”.
Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan Rusiyanın Su-24 bombardmançı təyyarənin türk F-16-ları tərəfindən vurulmasına aqressiv və əsəbi reaksiyasını “qeyri-məqbul” adlandırıb.
“Biz özümüzü emosional aparmadıq və bundan sonra da aparmayacağıq. Biz iki ölkə arasındakı münasibətləri gərginləşdirməyi istəmirik, bunu arzulamırıq. Biz diplomatik üsullarla hərəkət edəcəyik. Lakin Rusiya özünü bu cür aparmaqda davam etsə, biz də cavab tədbirləri görməli olacağıq. Biz Rusiyanın qeyri-məqbul reaksiya və davranışlarını təəssüf hissi ilə izləyirik” - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Su-24 böhranı iki ölkənin münasibətlərini kəskin gərginləşdirib və soyudub. Rusiya öz vətəndaşlarını Türkiyəyə turist səfərlərinə getməməyə çağırıb. Türkiyə mallarının idxalına qadağa qoyub. Rusiyadakı türk iş adamlarını deportasiya etməyə başlayıb. Bir sıra qarşılıqlı səfərlər və tədbirlər də ləğv edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.