banner
banner

Dünya

Yəməndə son durum - huti qiyamçıları paytaxtı tutublar

Yəməndə son durum -
Yəməndə Ədən şəhərinin meri Jaafar Mohammed Saad onu aparan maşın karvanına edilmiş hücum zamanı həyatını itirib, təhlükəsizlik mənbələri deyir.
İŞİD qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Yəməndə huti qiyamçıları demək olar ki bütün ölkəni, o cümlədən paytaxt Sana şəhərini zəbt ediblər.
Ədən şəhəri isə ilin əvvəlində hökümət qüvvələri tərəfindən geri alınıb.
Hadisə ötən gün BMT-nin xüsusi nümayəndəsinin prezident Abdrabbuh Mansour Hadi ilə Ədəndə görüşündən sonra baş verir.
BMT nümayəndəsi ölkədə 8 aydır davam edən vətəndaş müharibəsi tərəfləri ilə danışıqlar aparmaq üçün gəlib.
Şənbə günü həm də antiterror məhkəməsinin hakimi, onun iki oğlu və hərbi kəşfiyyat rəsmisi başqa hücumlar zamanı öldürülüb.
Cənab Hadi Ədəni İranın dəstəklədiyi huti qiyamçılarından geri aldıqdan sonra müvəqqəti paytaxt elan edib (BBC).
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.