banner
banner

İdman

Müsəlman futbolçuya dua cəzası

Müsəlman futbolçuya dua cəzası

Amerikan futbolu oyunçusu dua etdiyi üçün cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, NFL liqasında oynayan müsəlman oyunçu Hüseyn Abdullah maç zamanı sevincini dua edərək nümayiş etdirib. Lakin onun bu əməli hakimə xoş olmayıb.

"Kansas City Chiefs" formasını geyinən oyunçu cəzalandırılıb. 29 yaşlı oyunçu matçdakı uğurunu diz üstə çökərək dua etməklə göstərmək istəyib. O, stadionda başını yerə qoyaraq bir necə saniyə dua edib.
Hakim isə onun bunu idmana zidd əməl olaraq dəyərləndirib. Hakimin müsəlman oyunçuya verdiyi cəza bu mübahisələrə səbəb olub.

Məlumata görə, Amerikan futbolu liqası NFL-də xristian oyunçuların maç zamanı dini simvollardan istifadəsinə nəinki xoş yanaşır, həm də bunu təşviq edir.

Hüseyn Abdullahın meneceri cəzadan sonra "Twitter"də açıqlama verib: "Əgər Abdullaha bu davranışına görə pul cəzası verilsə NFL böyük problemlərlə qarşı qarşıya qalacaq".

Qeyd edək ki, iki komanda arasında matçı Hüseyn Abdullahın komandası 41-14 hesablı qələbə ilə başa vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.