banner
banner

İdman

"Anderleхt"in "Qarabağ"a qarşı heyəti

"Anderleхt"in "Qarabağ"a qarşı heyəti
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda "Anderleхt"in qonağı olacaq. 
Belçika mətbuatı sabah baş tutacaq oyundan əvvəl rəqibin start heyətini açıqlayıb: 
Silvio Proto, Qiyom Jiye, Serin Mbodji, Olivye Deşaxt, Fabris N`Sakalya, Leander Dendoker, Yuri Tilemans, Endi Naxar, Dennis Prat, Matias Suares, Stefano Okaka. 
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Anderleхt" (Belçika) son turun oyununu sloveniyalı ədalət təmsilçilərinə tapşırıb. Görüşü hakim Slavko Vinçiç idarə edəcək. Ona Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək. Roberto Ponis və Draqoslav Periç isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.
 
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Anderlext" - Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.