ABŞ Ərdoğanı terrorçuların siyahısına saldı - Foto
ABŞ Dövlət Departamenti "Əl Qaidə" və "Əş Şəbab" üzvü olduğu müəyyən edilmiş Türkiyədə anadan olan Almaniya vətəndaşı Əmrah Ərdoğanı qlobal terror siyahısına daxil edib.
Cia.az musavat.com-a istinadən xəbər verir ki, 27 yaşlı Ərdoğan həm "Əl Qaidə"nin, həm də onun Somalidəki qolu "Əş Şəbab"ın üzvü olub.
Hər iki terror qruplaşması üçün xarici döyüşçüləri seçən, pul toplayan və döyüşlərdə iştirak edən Əmrah Ərdoğanın əmlakının dondurulacağı, barəsində səyahət qadağası və silah embarqosu tətbiq ediləcəyi bildirilir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Əmrah Ərdoğan Keniya və Uqandada terror aktı törədilməsində iştirak edib.
Qeyd edək ki, Türkiyə əsilli Almaniya vətəndaşı bir neçə il əvvəl Tanzaniyada həbs edilib, 2010-cu ilin noyabrında isə Almaniyaya ekstradisiya edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.