"Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə səbrlə və sivil dövlət olaraq davranırıq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata müsahibəsində bildirib.
XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: “Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq”.
Virtualaz.org saytının xəbər verdiyi kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəni nəzərdə tutaraq bir sıra sərt bəyanatlar verib.
“Olduqca sərt hərəkət etməyi əmr edirəm. Rusiya qruplaşmasını və ya bizim yerüstü infrastrukturumuzu təhdid edən istənilən hədəf dərhal məhv edilməlidir”- deyə Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.