banner
banner

Sağlamlıq

Bir qida ilə pəhriz olarmı?

Bir qida ilə pəhriz olarmı?

Çəki probleminizdə təkrarlanan artım və azalma varsa, artıq çəkinizi idarə altına almalısınız. Az müddətli nəticələr yerinə uzun müddətli həll yollarını seçin. Qidalanma vərdişlərinizdə, fiziki fəaliyyət səviyyəsində və yaşayış tərzinizdə asta, amma qalıcı dəyişikliklər edin. Bu yol həyatınızı sağlam yaşamağın bir yoludur. Aile.lent.az bu dəfə bir qida ilə pəhriz tutmaq haqqında məlumat verəcək.

 

Qısa zamanda itirilən çəki geri qayıdır

 

İtirilən çəkinin geri qayıtması əsasən sürətli çəki itirən pəhrizlər, alətlər və digər riskli üsulların tətbiqi nəticəsində yaranır. Məqsəd qısa müddətdə çəki itirmək olduğu üçün itirilən çəki yenidən sürətlə geri qayıdır. İdman və məşq edilmədiyi üçün geri qayıdan çəki bədəndə yağ şəklində yığılır. Bu, təkrarlandıqca pəhriz saxlayan insan çəkisini nizamda saxlamaq üçün daha az kaloriyə ehtiyac hiss edəcək, lakin çəkini daha da çətin itirəcək. 

 

Sağlamlığa zərər verən pəhrizlər

 

Xüsusən də davranışları və vərdişlərində dəyişiklik etməyən insanlar üçün sürətli və asan çəki itirmək çətin məsələdir. Bəzi pəhrizlərin təsirsiz nəticə verməsi digər pəhrizi sınaqdan keçirmək həvəsini öldürür və inamı itirir. Nəticədə isə yenidən çəki artır, bacarıqsızlıq hissi yaranır və sağlamlığa ziyan dəyir.

 

Bir qida ilə tətbiq edilən pəhrizlər

 

Qreypfurt, bacardığınız qədər meyvə yemək pəhrizi, düyü, kələm şorbası pəhrizi... Az qala hər dada uyğun arıqlama pəhrizi var. Bir və ya bir qida qrupuna aid pəhrizlər bir çox səbəblərdən yararsızdır. Çünki ilk növbədə müxtəliflikdən uzaqdırlar. Bununla yanaşı, sağlam bir bədənin ehtiyacı olan qida elementlərini kifayət miqdarda təmin etmir və pəhriz saxlayan insan pəhrizdəki qidaları artıq miqdarda yemək riski ilə qarşı-qarşıyadırlar. Lakin bu cür pəhrizləri insanlar asan yol kimi seçirlər. Çünki bunlar yeni yemək vərdişləri qazandırmaq məqsədi daşımır.

 

Yüksək zülallı pəhrizlər

 

Yüksək zülallı pəhrizlər əzələ inkişafı və yağ yandırmada o qədər də yüksək nəticə vermir. Sadəcə nizamlı fiziki aktivlik, idman və məşqlər əzələ gücünü artırır. Bu cür pəhrizlər üçün seçilən zülal qaynaqlarına bağlı olaraq pəhrizin yağ və kalori tərkibinə bərabər xolestrol və doymuş yağ miqdarı yüksək ola bilər. Çox yüksək zülallı pəhrizlər qaraciyər və böyrəklərə yük ola bilər. Sürətlə arıqlayanlarda çəki itirməyin səbəbi bədəndəki yağ əvəzinə su itkisidir. Bununla yanaşı, karbohidrat olmayan pəhriz halsızlıq, ürək bulanması, bədəndən su itkisi kimi əlamətlərlə nəticələnir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.