banner
banner

Dünya

Əsgərlərə hücum edənlərə ittiham

Əsgərlərə hücum edənlərə ittiham

Türkiyədə ABŞ-ın hərbi dəniz qüvvələrinin 3 əsgərinə hücum edən 13 ultra-millətçiyə qarşı ittiham irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, onlar ictimai asayiş qanunlarının pozulması, təhqir və xəsarət maddələri üzrə günahlandırılıb.

Prokurorluq Türkiyə Gənclər İttifaqının üzvləri olan hücumçuların 10 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.

Həmin şəxslər dənizçilərə boya atıb və onları həbs etməyə cəhd edib. Bir neçə gün İstanbulda olan USS Ross gəmisinin dənizçiləri xəsarət almadan gəmiyə qayıtmağa müvəffəq olub.

Türkiyə Gənclər İttifaqı hücumun video yazısını internetdə yayımlayıb. Videoda qrup üzvlərinin uniforma geyinməyən ABŞ dənizçilərinə hücum etdikləri nümayiş etdirilib.

Qeyd edək ki, hücum həm ABŞ, həm də Türkiyə tərəfindən qınanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.