banner
banner

Dünya

Pulun varsa bu ölkələrə get

Pulun varsa bu ölkələrə get

ABŞ-ın “Washington Post” qəzeti “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” adında yazı dərc edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-da daxil olmaqla belə proqramın Avstraliya, Belçika, Sinqapur, Britaniya, Portuqaliya və başqa ölkələrdə də olmasına baxmayaraq məqalədə tamam başqa 7 ölkədən söz açılır.

1. 2012-ci ildə Macarıstan immiqrasiya haqda qanununa əlavə edib. Həmin əlavəyə görə, Macarıstanın xüsusi hökumət bondlarını, yəni qiymətli kağızlarını, istiqrazlarını alan xariciyə vətəndaşlıq verilə bilər. Bunun üçün onun 322 min dollarlıq bond alması kifayətdir. Başqa Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir.

2. Aralıq Dənizində ada olan Malta özünün Avropa Birliyinə üzvlüyündən varlı investorları cəlb etmək üçün istifadə edir. Malta belə investorlara vətəndaşlıq verir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Malta 2013-cü ildə bu qərarını elan edəndə vətəndaşlığın satış qiymətini 865 min dollar qoymuşdu, ancaq müxalifətin etiraz nümayişlərindən sonra hökumət qiyməti az qala iki dəfə qaldırıb. Həmin etirazlar qanunda məhdudiyyətlər olunmasına də gətirib çıxarır. Malta vətəndaşlığı almaq istəyən Maltada daimi yaşamalıdır və vətəndaşlıq ən çoxu 1800 adama veriləcək.

3. Ən bahalı vətəndaşlıq Kiprdədir. Vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır. Kiprin bu proqramı varlı rusiyalıları hədəf götürüb.

4. Dominikan Respublikasında vətəndşalıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müraciəti verənlərin ölkədə yaşaması tələb olunmur.

5. Karib dənizində iki adadan ibarət olan Müqəddəs Kits və Nevils adında olan bu ölkədə vətəndaşlıq almaq müraciəti cəmi 3 səhifədən ibarətdir.
Vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır və ya ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir.

6. Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşən Antiqua və Barbudadada oxşarproqramdır: ya gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən.

7. Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən Qrenadada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.