banner
banner

Dünya

Obama İŞİD liderini hədələdi

Obama İŞİD liderini hədələdi
Amerika prezidenti Barak Obama İŞİD-i hədələyib.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Barak Obama İŞİD-i daha əvvəl heç olmadığı qədər bombardman etməyə başladıqlarını bildirib.
Pentaqonda çıxış edən Amerika prezidenti noyabr ayında terror qruplaşmasına qarşı ən çox hava əməliyyatları həyata keçirdiklərini açıqlayıb.
Obama sadəcə son bir neçə həftə ərzində təşkil olunan hava əməliyyatlarında İŞİD rəhbərlərinin öldürüldüyünü və qruplaşmanın neft hasilatına böyük zərbə endirdiklərini vurğulayıb.
Ölkə başçısı onu da qeyd edib ki, İŞİD yaydan bəri nə Suriyada, nə də ki, İraqda qazanc əldə edə bilməyib.
Obama "Buradan onu demək istəyirəm ki, İŞİD liderləri bizdən qaça bilməz. Sırada siz varsınız" - deyə sözlərinə əlavə edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.