banner
banner

Dünya

Qırıcı təyyarə dənizə düşdü

Qırıcı təyyarə dənizə düşdü

Qavdos adası yaxınlığında reyd keçirən Yunanıstan hərbi hava donanmasına aid “F-16” təyyarəsi Krit adası sahillərində Aralıq dənizinə düşüb.

ANS PRESS-in məlumatına görə, hadisəyə təyyarənin mühərrikində meydana gələn nasazlığın səbəb olduğu bildirilir.

Yerli vaxtla saat 14 radələrində baş vermiş qəzada təyyarədə olan 2 pilot katapult sistemindən istifadə edərək xilas olublar.

Paraşütlə tullanaraq dənizə düşən pilotlar sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıblar.

Qəzadan sonra dənzin səthində təyyarənin hissələrini nümayiş etdirən yerli telekanallar qəzanın uçuşdan 15 dəqiqə sonra baş verdiyini bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.