Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.
APA-nın verdiyi xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb.
Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.