UEFA İntizam Komitəsi Türkiyənin "Fənərbaxça" klubunu cəzalandıracaq.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Avropa Liqasının qrup mərhələsinin son turunda "Seltik"lə İstanbulda baş tutan oyunda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi səbəb olub.
Şotlandiya təmsilçisinin də azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" - "Seltik" oyunu 1:1 hesabı ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.