Səudiyyə Ərəbistanının Ciddə şəhər Təhqiqat Bürosu və Prokurorluğu Həcc ziyarəti zamanı Məkkənin əl-Haram məscidində qaldırıcı kranın aşması nəticəsində kütləvi insan ölümünə səbəb olan hadisədə təqsirli bilinən 5 nəfəri müəyyənləşdirib. Şübhəli şəxslərin adları açıqlanmasa da, onların podratçı şirkətin texniki işçiləri, mühəndis və inzibati sahələrdə çalışan əməkdaşları olduğu bildirilir. Qeyd edək ki, bu il sentyabrın 11-də Həcc ziyarəti zamanı Məkkədə qaldırıcı kranın aşması nəticəsində 109 nəfər ölüb, 230-dan çox insan xəsarət alıb.
Sentyabrın 24-də, Qurban bayramında isə izdiham nəticəsində 1000-dən çoxzəvvar ölüb, minlərlə şəxs xəsarət alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.