banner
banner

Dünya

Davudoğlu: "Bizim İraqda olmağımız vacibdir"

Davudoğlu: "Bizim İraqda olmağımız vacibdir"
Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ankaranın Esenboğa Hava Limanında Brüsselə səfər öncəsi keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazir mövzunu bu sözlərlə davam etdirib:
"Bizim Başikada olmağımız İraqın suverenliyi və ərazi bütövlüyü çərçivəsindədir və terror təhlükələri ilə mübarizə mahiyyəti daşıyır. Qanuni İraq hökuməti qanuni idarəetmə orqanları yaradıncaya qədər, bizim burada olmağımız zəruridir. Türkiyə üçün təhlükə mənbəyi oradan başlayır, biz mümkün risklərin qarşısını alırıq. Hərbi mövcudluq da, bu siyasətin bir hissəsidir. Bizim Silahlı Qüvvələrimiz tam olaraq real vəziyyətə uyğun hərəkət etmək hüququna malikdirlər".
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə hakimiyyətini qoşunlarını İraqdan çıxarmağa və Ankaranı İraqın suverenliyinə hörmətlə yanaşmağa çağırmışdı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.