Çində restoran sahiblərindən biri müştərilərinə pul qarşılığında təmiz hava satmağa başlayıb.
Ölkənin Cianqsu əyalətində yerləşən restoran sahibi aldığı hava təmizləmə cihazını müştərilərinə 1 yuana satıb. Lakin restoran barəsində araşdırmalara başlanılıb.
Digər tərəfdən, başqa bir sahibkar Kanadadan gətirdiyi “təmiz hava” doldurduğu şüşələri 400 yuana satmağa başlayıb.
Qeyd edək ki, ötən həftə Pekində havanın həddən artıq çirklənməsi səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.