Korrupsiyanın səviyyəsi və iqtisadiyyatın ümumi vəziyyəti göstərir ki, Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevdə keçirilən korrupsiyaya qarşı yığıncaqda bildirib.
“Mən Ukraynada olduğum müddətdə bir nəfər görməmişəm desin ki, Yanukoviçin dövrü ilə müqayisədə korrupsiya azalıb. Əksinə, hər gün eşidirəm ki, rüşvət məbləğləri artır. Kiçik və orta biznesin nümayəndələri dönə-dönə təkrarlayırlar ki, korrupsiya əvvəllər bu miqyasda olmayıb”,- deyə M.Saakaşvili vurğulayıb.
Qeyd edək ki, dekabrın 23-də Kiyevdə M.Saakaşvilinin rəhbərliyi ilə korrupsiyaya qarşı yığıncaq keçirilib, Ukraynada genişmiqyaslı antikorrupsiya hərəkatının yaradıldığı bəyan edilib. Hərəkatın hər hansı siyasətçi və yaxud partiya üçün yaradılmadığını qeyd edən M.Saakaşvili bildirib ki, bu cür tədbirlər Ukraynanın digər regionlarında da keçiriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.