Ukrayna prezidenti separatçılarla əldə olunmuş atəşkəsə dəstək məqsədilə Donbas regioununda 9 dekabrda “süküt rejimi”nin elan edilməsini təklif edib.
ANS PRESS-in məluçatına görə, Petro Poroşenko güc strukturları rəhbərlərinin toplantısında yeni təşəbbüslə çıxış edib.
Donetsk və Luhanksa nəzarət edən separatçıların “süküt rejimi”nə əməl etdiyi təqdirdə, Ukrayna dekabrın 10-dan etibarən ağır texnikanı cəbhə xəttindən geri çəkməyə başlaya bilər.
Separatçıların nümayəndəsi İqor Plotnitski Kiyevlə “süküt rejimi”in şifahi şəkildə razılaşdırılmasını təsdiqləsə də, bu barədə rəsmi sənədin hələ ki, imzalanmadığını bildirib.
Cümə axşamı ABŞ Konqresi Rusiyanın qonşu ölkələrə daır atdığı addımlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Qərb və Kiyev Moskvanı separatçılara dəstək verməkdə ittiham edir. Moskva bu ittihamları dəfələrlə rədd edib.
Xatırladaq ki, bu ilin 5 sentyabrında Ukrayna hökumətilə separatçılar arasında imzalanan atəşkəs imzalanıb. Atəşkəs rejimi elan edilməsinə baxmayaraq şiddətli toqquşmaların arası tam kəsilməyib. BMT məlumatlarına əsasən sentyabrdan bəri davam edən qarşıdurma nəticəsində 1 minə yaxın adam öldürülüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.