banner
banner

Dünya

Əhməd Davudoğlu ilə Səlahəddin Dəmirtaşın görüşü baş tutmayacaq

Əhməd Davudoğlu ilə Səlahəddin Dəmirtaşın görüşü baş tutmayacaq

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşla görüşü ləğv olunub.

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son bir həftə ərzində HDP nümayəndələrinin verdiyi açıqlamalar baş nazirin həyata keçirdiyi uzlaşma mədəniyyəti ilə tamamilə ziddiyyət təşkil edir: “Belə olan halda isə HDP nümayəndələri ilə eyni masa arxasında oturmağın mənası yoxdur”.

Qeyd edək ki, Ə. Davudoğlu yeni konstitusiya, islahatlar və büdcə mövzusunda dekabrın 30-da CHP sədri Kamal Kılıçdaroğlu və HDP sədri S. Dəmirtaşla görüşəcəkdi.

MHP sədri Dövlət Baxçalı ilə görüş yanvarın 4-nə planlaşdırılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.