Dünyanın ən kök adamı hesab olunan Andres Moreno Meksikanın Syudad Obreqon şəhərində vəfat edib.
Cia.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, 38 yaşlı Morenonun ölümünə peritonitin fəsadları və infarkt səbəb olub. Bu yaxınlaradək 444 kiloqram çəkisi olan meksikalı oktyabrın sonunda mədəsindən əməliyyat olunmuş və 323 kiloqrama qədər arıqlamışdı. Noyabrın sonlarında isə kəskin peritonit səbəbi ilə yenidən əməliyyat keçirmişdi.
Öz həyatını dəyişməyə söz verən Moreno bütün cərrahi əməliyyatlardan sonra müstəqil surətdə 30 kiloqrama qədər arıqlamağa nail olmuşdu.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.