banner
banner

Dünya

Rusiya 10 ilə çökəcək - Sanksiyalar, neftin ucuzlaşması...

Rusiya 10 ilə çökəcək -

Yaxın 10 ildə Rusiyanın çöküşü qaçılmaz olacaq.
Bu proqnozu “Stratfor” təşkilatı yayıb. Təşkilatın fikrincə, sanksiyalar, neftin qiymətlərinin ucuzlaşması, rublun çökməsi, hərbi xərclərin artırılması Kremlin dünyanın ən böyük ölkəsi üzərində nəzarətinin zəifləməsinə səbəb olacaq:
“Rusiya de-yure bir neçə hissəyə parçalanmayacaq. Moskva o qədər zəifləyəcək ki, ölkə faktiki olaraq muxtar regionların birliyinə çevriləcək. Hətta bu regionların özləri belə aralarındakı münasibətləri yoluna qoya bilməyəcəklər. Hakimiyyətə qarşı qiyam qalxmayacaq, amma Rusiya bir daha indiki kimi yaşamayacaq. Rusiyanın nüvə potensialı böhrana səbəb ola bilər.

Buna görə də ABŞ öz ordusu vasitəsilə bu nüvə arsenalının təhlükəsizliyini təmin edə bilər. Vaşinqton bu problemi həll edəcək yeganə qüvvədir, lakin o belə bütün raketlərə tam nəzarət etmək qabiliyyətində deyil. ABŞ bunu həll etmək üçün yollar axtaracaq. Vaşinqton hərbi variantdan istifadə edə bilər, amma bu nüvə hücumu təhdidi ucbatından mümkün olmayacaq. Buna görə də Vaşinqton regionlarda stabil və iqtisadi baxımdan münbit şərait yarada biləcək hökumətlərin hakimiyyətə gəlməsinə yardım edəcək ki, həmin silahların neytrallaşmasını reallaşdıra bilsin”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.