banner
banner

Dünya

“WhatsApp”da inanılmaz səhv

“WhatsApp”da inanılmaz səhv

Hindistandan 17 yaşlı təhlükəsizlik tədqiqatçıları İndrajit Bxuyan və Saurav Kar populyar “WhatsApp” messencerində (2.11.431 və 2.11.432 daxil olmaqla bütün versiyalarında) boşluq aşkar ediblər.

Boşluq xüsusi koddan ibarət mesajın messencerə göndərilməsi ilə uzaq məsafədən tətbiqin işini məcburi dayandırmağa imkan verir.

CİA.Az-ın "ICTnews"a istinadən məlumatına görə, proqramın işini dayandıran mesaj 2000 simvoldan ibarətdir və 2 KB həcmindədir.

Maraqlı olan odur ki, mesaj almış istifadəçi onu silmək üçün dialoq pəncərəsinə qayıda bilmir: bunu etmək istədikdə tətbiq bağlanır. Yalnız bütün çatı silməklə yenidən proqramdan istifadə mümkündür.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.