banner
banner

İdman

Daha bir futbolçu "İnter"dən getdi

Daha bir futbolçu "İnter"dən getdi

Bakı "İnter"i daha bir futbolçusu ilə yolları ayırıb.

Qol.Az-ın "azerisport.com"a istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Dieqo Martins paytaxt təmsilçisini tərk edib.

Onun komandadan ayrılmasına başqa klubdan təklif alması səbəb olub. Həmin klubun adı açıqlanmasa da, komandanın Asiya təmsilçisi olduğu bildirilir.

Qeyd edək ki, cari mövsüm vurduğu 5 qolla "İnter"in ən məhsuldar futbolçusu olan Martins yayda komanda ilə bir illik müqavilə imzalayıb. 
Xatırladaq ki, daha öncə Səlahət Ağayev, Abdulla Abatsiyev, Xuan Fransisko, İvan Benites, Stepan Polyak və Emilian Vila "İnter"dən ayrılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.