Ronaldo "Real"dan ayrılacaqmı? – meneceri açıqladı
"Real"ın hücumçusu Kriştiano Ronaldo karyerasını Madrid təmsilçisində başa vuracaq.
Bu barədə portuqaliyalı futbolçunun meneceri Jorje Mendeş məlumat verib.
"Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusudur. Əminəm ki, o, yaxın 7 ildə də "Real"da oynayacaq və karyerasını da elə burada başa vuracaq. "Real"da ou hər şey qane edir".
Qeyd edək ki, daha öncə Ronaldonun mövsümün sonunda PSJ və ya "Mançester Siti"yə transfer olunacağı iddia edilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.