banner
banner

Dünya

“Korrupsiya kralı” həbs edildi

“Korrupsiya kralı” həbs edildi

Çində 2003-2007-ci illərdə ictimai təhlükəsizlik naziri işləyən Cjou Yunkan kommunist partiyasının sıralarından çıxarılaraq nəzarət altına alınıb.

ANS PRESS-in məlumatına görə, Cjou Yunkan rüşvət almaq və korrupsiya ilə məşğul olmaqla yanaşı bir çox mühüm partiya və dövlət sirlərini açmaqda ittiham olunur.

Bundan başqa, 71 yaşlı sabiq nazirin Çin lideri Si Tszinpinə sui-qəsd hazırlamaqda şübhəli bilindiyi də yayılan xəbərlər arasındadır.

Çinin ictimai təhlükəsizlik naziri işləmiş Cjou Yunkanın ölkədəki banklarda 6 milyard dollar, xarici banklarda 8,3 milyard dollar pulu, 300-ə yaxın villası və binaları, 60-dan çox avtomobili, tonlarla zinət əşyaları və b. tapılıb. O, bütün bu sərvətinə görə “korrupsiya kralı” adını alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.