Mərkəzi Afrika ölkəsi olan Konqoda naməlum şəxslər kəndlərdən birinə baltalarla hücum edərək 34 mülki şəxsi qətlə yetiriblər. ANS PRESS-in məlumatına görə, hadisə Konqonun şərqində yerləşən Kiva bölqəsindəki Beni şəhərinin kəndlərindən birində baş verib. Qətli törədənlərin uqandalı üsyançılar olduğu bildirilir.
Şimali Kivada fəaliyyət göstərən QHT nümayəndəsi 34 nəfərin öldüyünü təsdiqləyib və ölü sayının çoxalacağını istisna etməyib. Daha əvvəl bir ailədən 10 nəfərin evdə yandırılaraq öldürüldüklərini deyən nümayəndə Demokratik Konqo Respublikasını terrora qarşı kifayət qədər tədbir görməməkdə ittiham edib.
“Associated Press” agentliyi isə həmin qrupun son 2 ayda 250-dən çox mülki şəxsi qətlə yetirdiyini qeyd edib.
Qeyd edək ki, Konqoda mülki şəxslərin baş bəlasına çevrilmiş çox sayda terror qrupları var.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.