banner
banner

İdman

Zidandan ilk açıqlama

Zidandan ilk açıqlama

"Beniteslə yolları ayırmaq mənim üçün çətin qərar oldu. Ona komandadakı xidmətlərinə görə təşəkkür edirəm. Yeni baş məşqçimiz futbol dünyasının ən önəmli fiqurlarından biri olan Zidandır".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın prezidenti Florentina Perez deyib.

"Real"ın yeni baş məşqçisi təyin olunan Zidan haqda xoş sözlər söyləyən Perez onun uğur qazanacağına inandığını bildirib: "Zidan komandanın bir parçası olmanın nə demək olduğunu yaxşı bilir. Karyerası ərzində bir sıra çətinliklərin öhdəsindən gəlib. Ona dəstəyimiz və inamımız tamdır".
 
Madrid klubunun baş məşqçi vəzifəsinə təyinatına münasibət bildirən Zidan isə bunları bildirib: "Mənim üçün çox önəmli bir gündür. Bu klub üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Oyunçu olaraq bu kluba ayaq basdığım ilk gündən "Real"ın böyük komanda olduğunu bilirəm. Dünyanın ən yaxşı azarkeşi və komandasına sahibik. Qələbələr qazanmaq üçün ürəyimi qoyacam". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.