banner
banner

İdman

Bülent Qorxmazdan sərt açıqlamalar

Bülent Qorxmazdan sərt açıqlamalar

"Baş məşqçi vəzifəsinə gəldiyim "Konyaspor" matçından 3-4 həftə sonra komandada yaranan maliyyə problemi getdikcə böyüdü. Bu problem artıq futbolçuların məşqə çıxmamaları, hətta təlim-məşq toplanışlarına getməmək, komandanın düşərgəsini tərk etmək və oyunlara çıxmaq istəməmələrinə qədər yüksəldi. Lakin rəhbərlik hər zamankı kimi yalan vədlər verməklə vəziyyəti daha da gərginləşdirdi".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Mersin İdmanyurdu" klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilən Bülent Qorxmaz deyib.

Klub rəhbərliyini aciz, həvəskar və qərəzli adlandıran Qorxmaz bunları bildirib: "Futbolçularımla bərabər eyni sıxıntını yaşadıq. Bura bir iş bacarmağa, asan təslim olmayan və döyüşçü biri olduğumu sübut etmək üçün gəldim. Bütün çətinliklərə baxmayaraq, vəzifəmdən getmədim. Ancaq həm maddi, həm də mənəvi olaraq üzərilərinə düşən ən xırda işi belə yerinə yetirməyən rəhbərlik müqaviləmə təktərəfli xitam veriblər. İstefaya göndərilməyim ilk dəfə deyil. Mənimlə çalışmaq istəməmələrinə də hörmətlə yanaşıram. Lakin rəhbərliyin saxta imza ilə komandanın təlim-məşq toplanışına qatılmağımıza əngəl olmasına inanmaq çətindir. Düşünün ki, o qədər aciz, həvəskar və qərəzli insanlardırlar ki, mənimlə yolları ayırmadan başqa biri ilə razılığa gəliblər. Bu, Bülent Qorxmaz və ya baş məşqçi problemi yox, türk futbolunun acı və gerçək üzüdür".

Qeyd edək ki, Bülənt Qorxmaz şəxsən 2 azərbaycanlı futbolçu - Qara Qarayev və Tural Rzayevi komandasına transfer etməyi planlaşdırırdı. O, 2009-cu il sentyabrın 18-dən 2010-cu il martın 22-dək "Bakı"nı çalışdırıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.