İspaniyanın Qalisiya vilayətində polis 3 ton kokaini müsadirə edib. Narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin İspaniya, Hollandiya və Böyük Britaniya vətəndaşları olduğu müəyyənləşib.
“12 nəfər, o cümlədən malı satışa çıxaran hollandlar, ötürən ispanlar və alıcı rolunda olan ingilislər saxlanılıb”- deyə polisin yaydığı rəsmi məlumatda deyilir. Qeyd olunur ki, müsadirə edilən kokain 1999-cu ildən Qalisiyada aşkar edilən ən böyük narkotik maddə partiyasıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.