banner
banner

Dünya

Rusiya bombardman etdi: 20 ölü

Rusiya bombardman etdi:
Suriya ordusuna məxsus döyüş təyyarələrinin paytaxt Dəməşqin şərqindəki Guta bölgəsinə etdiyi hücum nəticəsində 20 nəfər dünyasını dəyişib 50 nəfər isə yaralanıb. Dünyasını dəyişənlərin içində azyaşlı uşaqların da olduğu bildirilir.
ANS PRESS-in məlumatına görə, orduya məxsus döyüş təyyarələri rejimə qarşı döyüşən müxaliflərin nəzarətindəki Zemelka və Misraba diyarı ilə Duma mahalında dinc sakinləri bombalayıb.
Hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 vətəndaşın həyatını itirdiyi, 50 adamın yaralandığı, yaralıların təcili yardım və vətəndaşlar köməyi ilə səhra xəstəxanasına yerləşdirildiyi bildirilir.
 
Hava hücumu nəticəsində çox sayda yaşayış evlərinin dağıldığı, bəzi evlər və müəssisələrin isə istifadəyə yararsız vəziyyətə gətirilib.
 
Paytaxt Dəməşqin şərqi Guta bölgəsində iştirak edən və uzun bir zamandan bəri Əsəd qüvvələrinin mühasirəsi altındakı Duma mahalı ilə Zemelka və Misraba diyarına 3 ildir elektrik və suyun verilişi tamamilə dayandırılıb. Rejim qüvvələri ərazini müxaliflərdən almaq üçün hər gün qurudan və havadan hücumlar təşkil edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.